Poroşenko dövrü bitir...
Dünya
10:55 / 13.07.2017
953
Ukraynadakı hazırkı hakimiyyət, tezliklə, dəyişəcək.
Bunu "İzvestiya” qəzetinə açıqlamasında Ukraynanın keçmiş baş naziri Nikolay Azarov söyləyib.
"Poroşenko rejiminin ömrünə az qalıb. Tezliklə, dəyişikliklər olacaq. Ukrayna əhalisinin böyük əksəriyyəti hazırkı hakimiyyətdən, onun iqtisadi siyasətindən narazıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Azarov 2014-cü ilin yanvarında vəzifəsindən istefaya göndərilib. İstefasından dərhal sonra isə o, ölkədən qaçıb.
Azarovun adı həm Ukrayna, həm də Qərb ölkələrinin qara siyahısındadır.
Sfera.az