"Bu, qudurğan məmur övladlarına dərs olar" - Millət vəkilindən sərt mövqe

"Bu bilinən nümunələrdən yalnız biridir. Belə hadisələrdən yüzlərlə, minlərlərlə baş verib"

Bu sözləri Sfera.az-a məmur övladlarının özbaşınalığına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
 
 
Millət vəkilinin sözlərinə görə, bu artıq adi hal alıb:

"Yəqin ki, bu məsələ kadrlara düşdüyünə görə izini itirə bilməyiblər. Bu, cəmiyyətin bir az şöhrətpərəstlik duyğuları ilə bağlıdır. Maşınılarını, evlərini, tərbiyyəsizliyini nümayiş edib zövq alırlar. Bu cür hadisələrin üzə çıxmasının xeyri odur ki, müəyyən dərəcədə baş vermiş məsələlərin qarşısı alınır. Bütün hallarda valideynlər də günahkardır. Bir valideyn özü normal həyat tərzi keçirirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmirsə, müəyyən dərəcədə tutduğu mövqedən gözə soxmaq vasitəsi kimi istifadə etmirsə, təbii ki, övladları da böyüklərinə baxıb o cür də davranacaqlar. Bütün hallarda qanun qarşısında hamının bərabərlik prinsipinə əməl etməyimiz vacibdir. Azərbaycanda çox təəssüf ki, xeyli imtiyazlı insanlar, vəzifəli şəxslər var ki, toxunulmazlıq hüququ onların övladlarına da şamil edilir. Bu da yol verilməzdir. Bundan sonra yəqin ki, qudurğan məmur övladlarına bu dərs olar. Onların əməllərinin zərbəsi valideynlərinə dəyəcəyini anlayacaqlar. Çox güman ki, burda avtoşluq yerinə xarciə göndərərlər, orda da bu cür əməllər törədsinlər. Orda tam fərqlidir, bu cür avtoşluq, xuliqanlıq edənlərin məsələsi daha tez gündəmə gəlir. Bunlara yalnız qapalı yer təyin etmək lazımdır. Çünki bunlar insanların ölümünə səbəb olurlar, sürücünü döyürlər. Görün, nə qədər səviyyəsiz adam olasan ki, avtobus və ya taksi sürücüsünə əl qaldırıb döyəsən. Kiminsə həbs olunmasını kimsə arzulamaz, amma cəmiyyət bu kimi əməllərdən həqiqətən bezib. Məmur övladlarının qudurğanlığının məsuliyyətini məhz valideynlərinin daşıması çox doğru haldır. Ölkə Prezidentinin bu istiqamətdə atdığı addım təqdirə layiqdir. Ancaq onu da deyim ki, tərbiyyəli məmur övladları da kifayət qədərdir. Bir dəfə adları bu cür işlərdə hallanmaz". 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirilib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
 

Onu da qeyd edək ki, Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.

Azad Əliyev 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...