\"Müharibə hər an başlaya bilər...\" - Ekspertdən İrəvana sərt mesaj

\
"Azərbaycan Silahlı Qüvvələri üçün daha yeni, daha modern silahların alınması prosesi davam etdikcə, bundan qorxuya düşən Ermənistan çıxış yolunu hay-həşir salmaqda görür". 

Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
 
 
Ekspert bildirib ki, əslində biz düşmənə baxıb işlərimizi planlaşdırmırıq və buna heç ehtiyac da yoxdur:

"Biz öz yolumuz, öz planlarımız var. Biz ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün bundan sonra da nə lazımdırsa edəcəyik. Elə Rusiya Federasiyasından bir müddət bundan öncə imzalanmış müqavilə çərçivəsində alınmış artilleri ya raket qoşunlarımız üçün yeni mərmi və sursatlar Bakıya çatar-çatmaz düşmən yenə panikadadır. Az qala özlərinin yaxalarını dağıdırlar ki, bu silahlar onlara acı nəticələr yaşada bilər. Guya biz Ermənistandan və ona havadarlıq edənlərdən nə vaxtsa gizlətmişik ki, aldığımız silah və sursat sırf Qarabağ savaşı üşün alınır və məqsədimiz də ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Nə qədər ki, torpaqlarımız işğaldadır və düşmən bu məkrli siyasətindən əl çəkmir, sözsüz ki, biz də lazım olan nədirsə onu edir və edəcəyik. Müharibəyə hazırlıq zatən 1994-cü ildən başlıyıb və bu illər ərzində biz kifayət qədər həm döyüş təcrübəsi toplamışıq, həm də qoşunlarımızı praktiki cəhətdən hazırlamışıq. Müharibə hər an başlaya bilər və bu qərar da dünyanın hansısa nöqtəsində deyil, məhz Bakıda veriləcək. Bu mütləq olacaq və sadəcə zaman məsələsidir ki, buna  da  bir azca səbr etməmiz gərəkdir. Danışıqlar prosesi sonsuzluğa qədər davam edə bilməz".

Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbinrən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...