Bahar Muradova: "Prezident buna görə tapşırıq vermişdi"

Bahar Muradova:

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində dinc əhalinin ataşə tutması məsələsinin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi barədə tapşırıq vermişdi.

Bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O, bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.

ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikəri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunan şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irləi sürdüyünü də vurğulayan B.Muradova müdafiə naziri general-polkovnik Zakir Həsənovun dərhal cəbhə bölgəsinə getməsini, zərərçəkənlərin ailələrinə baş çəkməsini, faciə qurbanlarına ehtiramını bildirməklə, onların doğmalarının kədərinə şərik olmasını cəbhəboyu rayon əhalisi tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib və Füzulidən olan seçicilərinin minnətdarlığını bir daha Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırıb, füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, ölkə başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...