Rusiyadan Azərbaycana aid xəbərdə dəyişiklik

Rusiyadan Azərbaycana aid xəbərdə dəyişiklik

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib.

Məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.

"Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, məlumatın ilkin versiyasında FTX Sərhəd Xidməti və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qonşularının Dağlıq Qarabağa keçmək istəyən dövlət sərhəd pozucularının axtarışı ilə bağlı birgə fəaliyyət aparıldığı bildirilirdi. Konkret olaraq ru.armeniansputnik.am internet resursunda yer alan məlumatda deyilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə saxlanılması ssenarisi işlənilib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.

Xatırladaq ki, APA yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ilə müraciət edib. DSX mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Bildirilib ki, yaxın zamanlarda məsələ ilə bağlı əlavə məlumat veriləcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...