Bakı küçələrində dilənçilər “yığışdırılır”
06:38 / 21.11.2015
269
Bakının Nəsimi rayonunda avaralıq və dilənçiliklə məşğul olan şəxslərə qarşı tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 19 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslərin barələrində müvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.