İsmayıllıda otel müdiri həbs edildi

İsmayıllıda otel müdiri həbs edildi

İsmayıllı rayonunda fəaliyyət göstərən "Green House” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə bağlı otel müdiri saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən "Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək "Elektrik enerjisindən istifadə qaydaları”nın, "İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və "Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülüb, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...