Diqqət: Bu yolda yeni dairə inşa edildi

Diqqət: Bu yolda yeni dairə inşa edildi

Zığ-Hövsan yolunda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub.

Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, layihə çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə tikilib. Dairənin diametri 15 metr təşkil edir.

Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.

Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa, Zığ qəsəbəsinə giriş və çıxış yolları, həmçinin Hövsan yoluna normal hərəkəti təmi etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub.

Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...