Bu ölkələrdən Azərbaycana axın başlayıb - turistlərin sayı açıqlandı

Bu ölkələrdən Azərbaycana axın başlayıb - turistlərin sayı açıqlandı
Turizm sənayesinin inkişafına yaradılan şərait, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizə turist axının ildən-ilə artmasına səbəb olmuşdur. 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər etmişdir.

Sfera.az "Marja"ya istinadən bildirir ki, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.
 
Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutmuşdur. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.
 
Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələrindən sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlmişdir.
 
Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş vermişdir.
 
"Müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur - rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə vəsilə olmuşdur. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir",- Nazirliyin məlumatında deyilir

OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...