Havanın keyfiyyətini öyrənə biləcəyik

Havanın keyfiyyətini öyrənə biləcəyik

Udduğumuz havanın keyfiyyəti barədə onlayn məlumat əldə edə biləcəyik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin internet səhifəsində (eco.gov.az) "Onlayn hava keyfiyyəti məlumatları” adlı yeni bölmə yaradılıb. Bölmədə onlayn rejimdə çalışan atmosfer havasının monitorinqi stansiyasından daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün açıq olması təmin edilib.

Müşahidə stansiyası vasitəsilə atmosfer havasının tərkibində olan çirkləndirici qaz qarışıqlarından - azot 4 oksid, kükürd 4 oksid, benzol, toluol, para-ksilol, ozonun səviyyəsi, dispers tozun miqdarı təyin edilir. Xüsusi proqram vasitəsi ilə daxil olan məlumatlar "Onlayn hava keyfiyyəti məlumatları” bölməsində qrafik formasında yerləşdirilir. Qrafikdə çirkləndiricilər üzrə saatlıq, dispers toz barədə isə gündəlik məlumatlar əks olunub. Bölmənin sonunda parametrlər üzrə yol verilən qatılıq hədləri cədvəl şəklində verilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...