General ehtiyata buraxıldı - Sərəncam

Gündəm
18:38 / 11.07.2017
1387
Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
General-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Dövlət başçısı A. Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Akif Şəfiyev Dövlət Sərhəd Xidmətində qulluq edirdi.
Sfera.az