Ermənistan Alxanlı hadisəsinə görə tənqid edilib

Ermənistan Alxanlı hadisəsinə görə tənqid edilib

Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycanın Avronest PA nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşananlar AP deputatları və iclasa dəvət edilən azərbaycanlı və ermənistanlı müstəqil ekspertlər tərəfindən geniş müzakirə edilib.

Müzakirələr zamanı sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü bildirib. O, Azərbaycanın regionda iki güclü dövlət arasında yerləşdiyini. AP deputatı bu münaqişədə maraqlı tərəfin hansı dövlət olduğunu hər kəsin yaxşı bildiyini və Avropa İttifaqının təhlükəsizliyi üçün vacib olan bu regionda münaqişənin həlli üçün ciddi səylər göstərilməsinin vacibliyini önə çəkib. O, bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətə əsaslandığını vurğulanıb.

AP-nin Azərbaycan üzrə məruzəçisi, Avronest PA üzvü, rumıniyalı deputat Norika Nikolay da Ermənistanı mülki əhali arasında ölüm hallarına görə kəskin tənqid edib və bu hadisənin bilavasitə Dağlıq Qarabağda deyil, ətraf rayonlarda, azərbaycanlı mülki əhalinin yaşadığı ərazidə baş verdiyini söylənib.

AP-nin litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasının yanlış olduğunu bildirib və münaqişənin alovlanma təhlükəsinin çox ciddi olduğunu söyləyib.

AP-nin xorvatiyalı deputatı Zelyana Zovko isə bu münaqişənin yalnız sülh yolu ilə həllinin mümkün olduğunu və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, gərginliyin mülki vətəndaşların ölümünə səbəb olduğunu və bunun qarşısının alınmasının vacibliyini bildirib.

İclasda iştirak edən ermənistanlı ekspert də Ermənistan cəmiyyətində militarizasiya prosesinin getdiyini və prezident aparatı vasitəsi ilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib.

İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə edib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...