Ərdoğandan ötən əsrin dəhşətli soyqırımı haqda - Mesaj
Dünya
17:47 / 11.07.2017
864
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Srebrenitsa qətliamı”nın 22 illiyinə görə mesaj yayıb.
Ərdoğan qanlı hadisə ilə bağlı mesajında bunları qeyd edib:
"Eyni küçəni, şəhəri və ölkəni paylaşan insanları bir-birinə düşmən edən irqçi, islamofobik və etnik nifrəti qızışdıran ideologiyaların məşhurluq qazanmasının qarşısı alınmalıdır”.
Qeyd edək ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi (1991-1995) zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu qanlı olay tarixə "Srebrenitsa soyqırımı” kimi düşüb.
Sfera.az