Əliyev-Ərdoğan görüşü: Tərəflərin məqsədi... - ŞƏRH

Əliyev-Ərdoğan görüşü: Tərəflərin məqsədi... - ŞƏRH
"Azərbaycan Prezidentinin 22-ci Dünya Neft Konqresinin işində iştirak etməsi çox mühüm bir tədbirdə Azərbaycanın əsas təbii sərvətlərindən birinin öz təcrübəsini bölüşmək idi". 

Bunu Sfera.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
 
 
Millət vəkilinin sözlərinə görə, İlham Əliyevin çıxışı və söylədiyi fikirlər konqresin, eləcə də dünya mətbuatının diqqətini cəlb etdi:
"Səfər çərçivəsində İ.Əliyev dost Türkiyənin rəhbəri Ərdoğanla görüşdü. Bu görüşlər artıq ənənəvi hal və xarakter daşıyır. Həm qarşılıqlı səfərlər, həm də hər iki liderin iştirak etdiyi beynəlxalq tədbirdə baş tutan görüşlər artıq bu iki prezidentin protokollarının vacib tərkib hissəsidir. Bu görüşlər iki ölkə arasında olan münasibətlərin dərinləşməsinə, birgə təşəbbüslərlə çıxış etməsinə və bir-birinin probleminə qarşılıqlı surətdə kömək etmək məqsədi daşıyır. Görüşdə tərəflər bütün aspektləri, o cümlədən həyata keçirilən əməkdaşlıq məsələlərini müzakirə etdilər. İlham Əliyevin konqresdə iştirak etməsi və onun vacib dövlət xadimləri ilə görüşü Azərbaycanın təcrübəsinin bəyan edilməsinə və mövqeyinin dünya birliyinə çatdırılmasına, eyni zamanda dünyada gedən proseslər barəsində Azərbaycanın mövqeyinin bir daha çatdırılmasında böyük rol oynayır. Azərbaycan Türkiyəyə xüsusi münasibət bəsləyir. Bu münasibətlərə ən yüksək səviyyədə böyük diqqət yetirilir və qardaş ölkə ilə münasibətlərin dərinləşməsi daim İlham Əliyevin diqqətindədir".

Qeyd edək ki, İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresinin işində iştirak etmək üçün Prezident İlham Əliyev Türkiyəyə səfər edib. Səfər çərçivəsində İlham Əliyev Türkiyə Prezidenti Ərdoğan və ABŞ Dövlət katibi Tillerson da daxil olmaqla, bir sıra görüşlər keçirib.

Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...