İŞİD-ə görə Azərbaycan bu siyahıda ikincidir - Video

İŞİD-ə görə Azərbaycan bu siyahıda ikincidir -  Video

Dünyada terror təhlükəsinin artması Azərbaycanı da hərəkətə gətirib.

Son günlər dünya dövlətləri “İŞİD” terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün bütün səylərini birləşdirib. Dünyada terror təhlükəsinin artması Azərbaycanı da hərəkətə gətirib. Məlum olub ki, “İŞİD” terror qruplaşması Azərbaycan vasitəsilə pul köçürmələri həyata keçirir. 

Bunların qarşısını almaq üçün prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

ANS TV-nin məlumatına görə, Rusiya xüsusi xidmət orqanları Azərbaycandan “İŞİD” terror qruplaşmasına pul köçürmələrini qeydə alıb. “İzvestiya” qəzetinin məlumatına görə, “İŞİD”ə yardımın toplanılması əsasən sosial şəbəkələr, sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. 

Araşdırmalar göstərib ki, pul vəsaitlərinin xeyli hissəsi “İŞİD”in nəzarətində olan münaqişə zonalarına yaxın ölkələrdə nağdləşdirilir. 

MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isəTürkmənistan gəlir. 

Terrorçuların maliyyələşdirilməsi məsələsi Antalyada G20 sammiti çərçivəsində də gündəmə gəlmişdi, liderlərin birilk çağırışları fonunda, prezident İlham Əliyev də çıxışında terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq təşkilatlarla, dövlətlərə bir yerdə olduğunu vurğulamışdı. 

Bu səfərdən dərhal sonra dövlət başçısı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

Qanunun qüvvəyə minməsindən sonra ölkədə qeyri-qanuni yolla əldə edlimiş aktivlər, pullar şübhə doğurduğu halda məhkəmə qərarı ilə dondurulacaq.

Millət vəkili Çingiz Qənizadə prezidentin terrorçuluğa qarşı imzaladığı fərmanı yüksək qiymətləndirdi: “Xüsusilə son hadisələr göstərdi ki, ölkədə əllərdə çoxlu sayda çirkli pullar var. Bu pullar sabah leqallaşdırıldıqdan sonra hansı məqsədlərə istifadə olunması şübhə yaradır. Çirkli pulu qazananların özləri çirkli adamlardır. Onlar hər cür hallara getməyə hazırdılar. Terrorçu təşkilatlara maliyyə yardımı göstərmək, onların fəaliyyətini genişləndirmək üçün addımlar ata bilərlər. Ona görə də bu qanun vaxtında imzalanmış bir qanundur”. 

Azərbaycan terrorla mübarizədə BMT-nin müvafiq konvensiyalarına qoşulub. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanı isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətidir. 

Xidmət terrorla bağlılığı olan şəxslərin adlarını xüsusi siyahıya salaraq onlara maliyyə xidmətləri həyata keçirilməsinə sanksiya qoyub. Bu siyahı demək olar ki, hər gün yenilənir.

a


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...