Trampdan Mosula görə Abadiyə - Məktub
Dünya
11:45 / 11.07.2017
990
ABŞ Prezidenti Donald Tramp İraq Baş naziri Heydər Abadiyə təbrik məktubu göndərib.
Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders söyləyib. O, təbrik məktubunda Trampın Abadini İŞİD-in Mosulda məğlub edilməsi münasibəti ilə təbrik etdiyini bildirib.
Qeyd edək ki, ötən gün Abadi Mosulun İŞİD-dən tamamilə təmizləndiyini və terror təşkilatı üzərində yekun qələbənin qazanıldığını söyləyib.
Sfera.az