Türkiyədən Avstriyanın qadağa qərarına – Reaksiya
Dünya
17:40 / 10.07.2017
852
Türkiyə İqtisadiyyat Nazirliyi Avstriya hökumətinin nazir Nihad Zeybəkçinin ölkəyə girişinə icazə verməməsi ilə bağlı açıqlama yayıb.
Nazirlik Zeybəkçinin tədbir keçirilməsinə dair Avstriyadan rəsmi tələblərinin olmadığını bildirib:
"Vətəndaşlarımızla bir araya gəlmək üçün heç kimdən icazə almırıq”, - nazirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, Avstriya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı nəzərdə tutulan tədbirin çox böyük olacağını və nazirin səfərinin ölkədə ictimai asayiş baxımından təhlükəli olduğunu əsas gətirərək, Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçinin ölkəyə girişinə icazə verməyib.
Sfera.az