İran XİN-dən Zəhranın ölümünə - Reaksiya

İran XİN-dən Zəhranın ölümünə - Reaksiya

Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.

B. Qasimi xatırladıb ki, İran bu bölgəyə ən yaxın ölkədir: "90-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda gərginliyin başlandığı ilk günlərdə, İran vasitəçi kimi çıxış etdi və bir neçə ay bölgədə sabitliyin yaranmasına çalışdı. Bu gün gərginliyin artması və qarşıdurmaların baş verməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, əcnəbi ünsürlər müəyyən vaxtlar bölgədə gərginliyi artırmağa çalışır və ixtilafları dərinləşdirməyə yardım edirlər. Son baş verən hadisələrə görə təəssüflənirik və ümid edirik ki, bölgədə gərginliyin azalmasına və sabitliyin təmin edilməsinə şahid olacağıq. Biz də bunun üçün çalışacağıq”.

B. Qasimi ümid etdiyini bildirib ki, Minsk qrupu öz öhdəliyini daha ciddi şəkildə yerinə yetirəcək: "Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. İranın Azərbaycandakı səfirliyi bu hadisə ilə bağlı ölkəmizin mövqeyini elan edib. Bizim mövqeyimiz aydındır. Biz gərginliyi artıracaq hər hansı addıma qarşıyıq. Ümid edirik ki, tövsiyələrimizə əməl olunacaq. Əgər gərginliyin azalması üçün nəsə edə biləriksə, biz əlbəttə ki, bunu etməyə hazırıq”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbinrən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...