Ermənistan səfirliyi önünə qana bulaşmış kuklalar yığılıb

Ermənistan səfirliyi önünə qana bulaşmış kuklalar yığılıb

Ötən həftə Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.

Sfera.az xəbər verir ki, iyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və qana bulaşmış müqəvva yerləşdiriblər.

Bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Guliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.

Bu fakt dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 12 avqust 1949-cu il tarixdə qəbul olunmuş "Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, Belçika və Avropa Parlamentininüzvləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.

Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...

Ərdoğan Ştaynmayerlə qapalı görüş keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında görüş keçirilib.   Sfera.az xəbər verir ki, Ankarada k...