Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir,

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 % , gündüz 55-65% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbinrən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...