Rövşən Əkbərov Bakı korpusunun rəhbərliyinə gətirildi
13:34 / 21.11.2015
1544
Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.
Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hərbi mənbələrdən musavat.com-a daxil olan məlumata görə, rotasiya qaydasında Şəmkir korpusunun komandiri Rövşən Əkbərov Bakı korpusuna, bu korpusun komandiri Xəqani Cəbrayılov Şəmkir korpusuna, Mayis Məmmədov isə Beyləqan korpusuna komandir təyin olunublar.
Qeyd edək ki, Rövşən Əkbərov əvvəllər də Bakı korpusunun komandiri olub.