Ərdoğandan kritik qərar: Qətərə gedir

11:03 / 10.07.2017
1090
İyulun 15-dən sonra Qətərə səfər edəcəyəm.
Sfera.az ”T24” saytına istinadən xəbər verir ki, bu sözləri G20 sammitindən sonra jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib deyib.
"Bölgəyə səfər etməklə danışıqların sürətlənməsinə köməklik göstərə bilərik. Xüsusilə də Qətər, Küveyt və Səudiyyə Ərəbistanına getməyi planlaşdırırıq. Bu məsələdə Küveytin ölkələrarası münasibətləri yaxşılaşdırmaq cəhdlərini dəstəkləyirik”, - deyə o bildirib.
Sfera.az