Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir

Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra ailəsi yas içərisindədir.

Sfera.az xəbər verir ki, ailəyə yaxın mənbənin criminal.az-a verdiyi məlumata görə, A.Çovdarovun kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov vəzifəsindən uzaqlaşdırılandan sonra vəziyyət daha da gərginləşib.

Ailə üzvləri Badamdardakı villalarından çıxıb, hazırda A.Çovdarovun Gürcüstandakı və Bakıdakı biznesini idarə edən qardaşı Asifin evinə sığınıblar. Ailə R.Əmircanovun da həbsindən narahatdır. Rəşad Əmircanova məxsus Badamdardakı villa möhürlənib.

Onu da əlavə edək ki, Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonradan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra qaynatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.  Hüquq mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edir. 

Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş əməkdar iqtisadçı Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...