Hamilə gəlini öldürən şəxsdən dəhşətli təklif: "Arvadından boşan, mən..." - Foto

Hamilə gəlini öldürən şəxsdən dəhşətli təklif:
Ötən gün gecə saatlarında Türkiyənin Sakarya vilayətinin Kaynarca mahalında Suriya əsilli 9 aylıq hamilə qadının 10 aylıq uşağı ilə birgə qaçırılıb zorlanıldıqdan sonra başlarının əzilərək öldürüldükləri barədə məlumat vermişdik.
Hamilə qadınla 10 aylıq körpəsini vəhşicəsinə qətlə yetirdiklərini etiraf edən 2 şübhəli həbs olunub. Ailənin qapı qonşusu Birol K. ilə Cemal B.-nin hadisə günü avtomobillə qadının həyat yoldaşı Al-Rahmunu da götürüb işə getdikləri məlum olub. Qısa bir müddət sonra iş yerini icazəsiz tərk edən şəxlərin bu qətli törətdikləri ortaya çıxıb.
Birol K. -nın Al-Rahmuna: "Yoldaşından boşan, onunla mən evlənəcəyəm. Sənə bir az da pul verərəm", - dediyi üçün onlar arasında dava düşdüyü də yayılan xəbərlər arasında yer alıb.


OXŞAR XƏBƏRLƏR