Nazirlər Kabinetindən borclarla bağlı - Qərar

Nazirlər Kabinetindən borclarla bağlı - Qərar

Nazirlər Kabineti "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliklərə əsasən Qaydaların 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

"3.3. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini tam və ya qismən icra edə bilmədiyi və ya müəyyən olunmuş qaydada icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi yarandığı və bu öhdəliyin icrasının zəmanətçi tərəfindən yerinə yetirilməsi tələb olunduğu təqdirdə, verilmiş dövlət zəmanətinin müddəalarına əsasən öhdəliyin yerinə yetirilməsi bu Qaydaların 3.2-ci və 3.5-ci bəndlərinin tələblərinə əməl etməklə, Fonda toplanmış vəsaitlər hesabına bir büdcə ili ərzində təmin edilir.”.

Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilir:

"3.4-1. Əsas borcalan rəsmi müraciətinə axırıncı maliyyə ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının icrası barədə hesabatı, "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, axırıncı maliyyə ili üçün maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmçinin kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışı və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatını və digər borcları haqqında məlumatı əlavə edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir”.

Həmçinin 3.5-ci bənd aşağıdakı redaksiyada verilir:

"3.5. Əsas borcalanın təqdim etdiyi məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən təhlil edildikdən sonra nəticə barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir”.

Qaydaların 3.6-cı bəndi aşağıdakı redaksiyada verilir:

"3.6. Dövlət zəmanətinin şərtlərinə uyğun olaraq, Fond tərəfindən il ərzində hər bir əsas borcalanın əvəzinə həyata keçirilən ödənişlərin sonradan Fonda bərpa edilməsi məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününədək həmin əsas borcalan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə müqavilə imzalayır. Həmin müqavilənin şərtləri əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir”.

Bundan başqa, 4.3-cü bənd aşağıdakı redaksiyada verilir:

"4.3. Fondun vəsaitləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum "A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycan Respublikasında bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və ya bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir.”. (trend)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...