G20 sammiti: polis çarəsiz qaldı, hərbçilər...

G20 sammiti: polis çarəsiz qaldı, hərbçilər...

Almaniyanın Hamburq şəhərində etirazlar dalğası getdikcə daha da artır.

Etirazçılar "Hamburger Sparkasse” bankının qapılarını qıraraq içəri daxil olublar.

Almaniya polisi hadisələrlə bağlı açıqlamasında artıq evlərə əməliyyatlar təşkil edəcəyini bildirib. Hadisə yerinə polislə yanaşı ağır silahlı birləşmələr də cəlb edilib.

"Bild” qəzetinin müxbiri Frank Şneyder polisin mətbuat işçilərinə də hücum etdiyini söyləyib. Onun sözlərinə görə, polis əməkdaşlarından biri ona bundan sonra mətbuat azadlığının olmadığını, hadisə yerindən getməsini deyib.

Xatırladaq ki, Hamburqda baş verən etiraz aksiyaları zamanı 197 polis əməkdaşı xəsarət alıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR