Yaponiyada ölənlərin sayı artıb

Yaponiyada ölənlərin sayı artıb

Yaponiyanın Kyusyu adasının cənub-qərbində baş vermiş güclü yağışlar nəticəsində yaranan daşqın 16 nəfərin ölümünə səbəb olub.

Bu barədə yerli "Mayniti” qəzeti informasiya yayıb.

Fəlakət nəticəsində evlər, körpülər, yol infrastrukturu sıradan çıxıb. Təxmini hesablamalara görə, ən az 20 nəfər itkin düşüb.

Xatırladaq ki, ötən həftədən başlayan aramsız yağışlar nəticəsində Kyusyu adasında təbii fəlakət baş verib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR