Alman deputat erməni vəhşiliyindən danışıb

Alman deputat erməni vəhşiliyindən danışıb

Bu həftə günahsız dinc sakinlər Dağlıq Qarabağ münaqişəsinin qurbanı olublar. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan açdıqları atəş nəticəsində bir qadın və onun iki yaşlı nəvəsi qətlə yetirilmişdir. Bu atəş nəticəsində ağır yaralanan digər dinc sakinlər tibb müəssisələrində intensiv müalicə olunurlar. Biz münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirik.

Sfera.az xəbər verir ki, bu sözləri Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Marko Vandervitz deyib. Erməni vəhşiliyi nəticəsində Füzuli rayonun Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Vandervitz bildirib ki, münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir:

"Bu münaqişənin həlli yalnız sülh yolu ilə əldə oluna bilər. Buna nail olmaq üçün ilk növbədə dinc əhalinin atəşə tutulması dayandırılmalıdır. Torpaqların işğalı, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası artıq bir neçə dəfə ərazidən erməni qoşunlarının çıxarılmasını tələb edib. Cənubi Qafqazda sülhün bərqərar olması və insan tələfatının qarşısının alınması məqsədilə bu qətnamələr yerinə yetiriməlidir”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nadir və ağrılı xəstəlik səbəbinrən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...