Türkiyədə hamilə qadın təcavüz edilərək öldürüldü - Bu gün doğuşa gedəcəkdi

Türkiyədə hamilə qadın təcavüz edilərək öldürüldü - Bu gün doğuşa gedəcəkdi

Türkiyənin Sakarya şəhərinin Kaynarca qəsəbəsində 20 yaşlı suriyalı Ermani Əl-Rahmun adlı qadın 2 nəfər tərəfindən evindən oğurlanaraq meşəyə aparılıb.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 aylıq hamilə qadın təcavüz edildikdən sonra yanındakı 10 aylıq uşağı Xələf Əl-Rahmunla birlikdə başları daşla əzilərək öldürülüb.

Cəsədləri yaxınlıqdakı kəndin sakinləri görüblər və polisə məlumat veriblər. Əməliyyat nəticəsində cinayəti törədən 35 yaşlı Birol və 22 yaşlı Cəlal tutulub.

Şübhəlilər polis idarəsinə gətirilərkən hadisəni eşidən yerli sakinlər onları linç etməyə çalışıblar. Polislər cinayətkarla üçün edam tələb edən qəzəbli əhalini sakitləşdirə bilmədiyi üçün havaya atəş də açıb.

Məhkəməyə çıxarılan cinayətkarlar etdikləri əməli etiraf ediblər. Hər iki şəxs həbs edilib.

Məlumata görə, Birol və Cəlal öldürülən qadının əri Xalid Əl-Rahmun ilə bir yerdə çalışıblar. Onların arasında mübahisə düşdüyü üçün Birol və Cəlalın Xaliddən intiqam almaq üçün arvadını və uşağını öldürdükləri bildirilir.

Hamilə qadının öldürülməsəydi bu gün ikinci uşağını dünyaya gətirmək üçün doğuşa gedəcəkdi.


OXŞAR XƏBƏRLƏR

Funt sterlinqin ucuzlaşması davam edir - SON MƏZƏNNƏ

  Britaniyanın milli valyutası olan funt sterlinq bu həftə ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb.   Sfera.az beynəlxalq birja məluma...

Baş prokuror Salyanda vətəndaşları qəbul etdi - FOTO

Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon, Şirvan şəhər və digər bölgələrdən olan ...

"Bizə düşmən dövlətdir, ərazi iddiaları var" - Peskov

"Litvanın Rusiyaya qarşı ərazi iddiaları var".   Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə...

"İran Bakı ilə münasibətləri yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür" - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər s...

Qeyri neft-qaz ixracı 100 milyon dollar ARTDI - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycan qeyri neft-qaz mallarının ixrac dəyərini 100 milyon dollar artıra bilib.   Sfera.az İqtisadi İslahatların Təhlili və Kommuni...

Samir Şərifovdan ilk AÇIQLAMA: "İnşallah növbəti həftə..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilər...