Ermənilərin növbəti vəhşiliyi: İşğaldakı torpaqlarda yanğın

20:30 / 07.07.2017
1029
Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.
Erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb.
Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb. (apa)
Sfera.az