Ölüm virusu Azərbaycan sərhədlərində - Bu şəxslər TƏHLÜKƏDƏDİR

Ölüm virusu Azərbaycan sərhədlərində - Bu şəxslər TƏHLÜKƏDƏDİR

 

Son zamanlar Azərbaycanın həmsərhəd ölkələrdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib. Bunu nəzərə alaraq səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmrdə profilaktik tədbirlərin gücləndirilməsi tapşırılıb.

Xəstəliyin ölkəmizdə yayılma ehtimalının nə qədər yüksək olmasına Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Publika.az-a açıqlamasında aydınlıq gətirib.

R.İsmayılova xəstəliyin ilk dəfə 1944-cü ildə Qərbi Krımda, 1969-cu ildə isə Konqoda qeydiyyata alındığını deyib:

"Epidemoloji təhlil hər iki bölgədə yayılan xəstəliyin eyni əlamətlərinin olduğunu müəyyən etməyə imkan verib. Xəstəliyin adı da məhz buradan qaynaqlanır. Həmçinin, xəstəlik qızdırma ilə müşahidə edildiyindən, ona Krım-Konqo hemorragik qızdırma adı verilib. Bu virus mənşəli qanaxmalarla müşahidə edilən xəstəlikdir. İnsanlar bu xəstəliyə gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji maddələrlə sıx təmas nəticəsində yoluxa bilərlər. Gənələr əvvəl heyvanları dişləyərək, virusa yoluxur, sonra isə insanları dişləyərək onları da yoluxdururlar”.

R.İsmayılova əsasən ferma sahibləri, qəssablar və çobanların risk qrupunda olduğunu deyib: "Həmçinin meşələrdə, sahələrdə olanlar da gənələrlə kontakta ola biləcəyinə görə risk altındadırlar. Xəstəlikdən ölüm əmsalı 40 faizə qədərdir. Bu çox da böyük faiz hesab edilmir. Xəstəliyə qarşı peyvənd yoxdur, müalicəsi isə simptomatikdir. Yəni hansı əlamətlər müşahidə olunursa, ona qarşı da müalicə aparılır”.

Şöbə müdiri deyir ki, xəstəliyin inkubasiya dövrü 7-14 gün arasındadır:

"Orta hesabla 7 gün sonra artıq əlamətlər özünü büruzə verir. 39-40 dərəcə qızdırma, baş ağrıları, üşütmə, üz nayihələrində, selikli qişada qızartdı, əzələlərdə, oynaqlarda ağrı, ürəkbulanma və qusma ilə müşahidə edilir. Bunlar ümumi simptomlardır. Bir neçə gün sonra qanaxmalar başlayır. Əsasən, diş nayihəsində qanaxma müşahidə edilir, sonra qarında, qaraciyərdə ağrılar olur, hətta sarılıqla da müşahidə edilir. Qanaxmalardan sonra damar daxili laxtalanma, şok və ölüm baş verə bilir. Tez müalicə olunduğu halda xəstəlikdən sağalma mümkündür. Lakin Azərbaycanda bu xəstəlik heç zaman yayılmayıb. Son 50 ilə baxdım bir dəfə də belə hal qeydə alınmayıb. Amma qonşu ölkələrdə bu xəstəlik tez-tez müşahidə edilir. Nazir Oqtay Şirəliyev tərəfindən imzalanan əmr də məhz qonşu ölkələrdəki yayılma əsas tutularaq həyata keçirilib. Hazırda virus ən çox İranda yayılıb. Orada artıq alovlanmalar qeyd olunur”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...