Türkiyədə Zəhra ilə bağlı kampaniya başladı

Türkiyədə Zəhra ilə bağlı kampaniya başladı
Türkiyənin nüfuzlu media qurumları Twitterdə  Zəhra ilə bağlı kampaniyaya start veriblər.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyənin İhlas Xəbər Agentliyi (İHA), "Türkiyə" qəzeti və TGRT Haber kanalı  Twitter sosial şəbəkəsində  "SUSMA!  #BebekKatiliErmenistan başlığı ilə paylaşımlar ediblər.

Məlumat üçün bildirək ki, İhlas Xəbər Agentliyi Twitterdə 553 min 105 izləyiciyə , "Türkiyə" qəzeti 209 min 410 izləyiciyə, TGRT Haber kanalı isə 386 min 412 izləyicisi sayına sahibdir.

#BebekKatiliErmenistan hastagı ilə başladılan kampaniya qısa müddətdə twiter istifadəçiləri tərəfindən dəfələrlə paylaşılıb və istifadəçilər bu kədərli gündə Azərbaycanla həmrəy olduqlarını bildirərək, Ermənistanı mülki insanlara qarşı qətliam törətməkdən çəkinməyə səsləyiblər.

Twitter sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərini də bu kampaniyaya qoşulmağa və terrorçu Ermənistan dövlətinin əsl mahiyyətini sosial şəbəkələr vasitəsilə ifşa etməyə çağırırıq.

OXŞAR XƏBƏRLƏR