Bakıda maşın qaçıran şəxs polisə xəsarət yetirib

Bakıda maşın qaçıran şəxs polisə xəsarət yetirib

Bakıda maşın qaçıran şəxs saxlanılan zaman polis əməkdaşına xəsarət yetirib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, iyunun 30-dan iyulun 1-nə keçən gecə Nəsimi rayonunda yaşayan Əhməd Məmmədova məxsus VAZ-2102 markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Məlumat daxil olan kimi DİN Növbətçi Hissələrin İdaraetmə Xidməti (NHİX) Təhlükəsiz Şəhər Xidmətinin (TŞX) kameraları vasitəsilə avtomobilin paytaxt ərazisində axtarışına başlanılıb.

İyulun 1-i səhər saatlarında TŞX əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin Yasamal rayonu Nəriman Nərimanov prospekti ilə hərəkətdə olması aşkar edilib və həmin avtomobilin izlənilərək saxlanılması üçün aidiyyəti üzrə digər polis orqanlarına məlumat verilib. Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Nəsimi rayonu Rəşid Behbudov küçəsində saxlanılan zaman sürücü avtomobildən düşərək qaçıb.

Cinayət törədən şəxsin təqibini davam etdirən Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi təqib edən zaman, o üzərində gəzdirdiyi kəsici alətlə polislərdən birinə xəsarət yetirib. Amma polis yaralı olmasına baxmayaraq çevikliyi sayəsində həmin şəxsin təqibini davam etdirərək onu zərərsizləşdirməyə nail olub və aidiyyəti üzrə Nəsimi RPİ-nə təhvil verib.

İdarədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Qabil Nağıyev olması müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...