Qətər müharibəyə hazırdır

Qətər müharibəyə hazırdır

Qətər Müdafiə naziri Xalid əl-Atiyyə ölkəsinin müdafiəyə hazır olduğunu bildirib.

"Skay Nyus Britin” kanalına açıqlama verən nazir ölkəsinin müdafiəsi üçün hər şey edəcəyini vurğulayıb.

"Gərginliyin hərbi müdaxilə mərhələsinə keçməyəcəyinə ümid edirik, ancaq biz hər zaman hər addıma hazırlıqlıyıq. Ölkəmizi müdafiə etməyə qadirik. Qətər tarixi boyunca məğlub olmayan ölkə olduğunu sübut edib”, - Atiyyə deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün Qətərə embarqo tətbiq edilib. Onlar barışıq üçün rəsmi Dohaya qarşı 13 şərt irəli sürüblər. Onların Qətərə verdiyi vaxt iyulun 3-də başa çatsa da, müddət bu gün daha 48 saat uzadılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR