Ərəb ölkələri Qətərə 48 saat vaxt verib

Ərəb ölkələri Qətərə 48 saat vaxt verib

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə verdikləri vaxtı uzadıblar.

Razılaşmaya əsasən Qətər növbəti 48 saat ərzində təklif olunmuş maddələrə yenidən baxmalıdır.

Qeyd edək ki, adıçəkilən ərəb ölkələri böhrana son qoyulması və barışıq üçün rəsmi Dohaya qarşı 13 şərt irəli sürüblər. Şərtlər arasında Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələrin kəsilməsi, "Əlcəzirə”nin qapadılması, təzminat ödənilməsi kimi tələblər yer alıb.

Onların Qətərə verdiyi vaxt bu gün başa çatıb.

Xatırladaq ki, ötən gün Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman əl-Sani açıqlama verərək, böhranın həlli üçün dialoqun yalnız təklif olunan madddələrin dəyişdirilməsindən sonra baş tuta biləcəyini bildirmişdi.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR