"Azercell"in müdhiş fırıldağı - Müştərilərə qurulan tələ...

Cəmiyyət
09:29 / 03.07.2017
2141
Ölkəmizdə hazırda 3 mobil operator fəaliyyət göstərir. Sayca abonentlərin ən çox istifadə etdikləri ilk mobil operatoru olan "Azercell" şirkətidir. "Azərcell" bu gün Azərbaycana ancaq tam qazanc mənbəyi kimi baxır. Hətta dəfələrlə adıçəkilən mobil operatorun müştərilərinə yaratdığı problemlərlə bağlı mediada da geniş şəkildə məlumatlar yayılıb. Azərbaycanın mobil operator bazarında hegemonluq edən "Azercell" abunəçilərə qarşı fırıldaqlarını davam etdirir. Sözügedən operatorun müşətrilərinin sayı çoxaldıqca, qarşılaşdıqları problemlərin ardı-arası kəsilmir. Ən baha mobil operator xidməti göstərən bu şirkət, hər dəfə əsassız olaraq ayrı-ayrı üsullarla abunəçilərin xəbəri olmadan şirnikləndirici və gərəksiz kampaniyalara avtomatik qoşulmaqla balansdan artıq pullar tutur. Beləliklə, Azərbaycanın hər yerində tutum bazası güclü olan "Azercell" bu fürsətlərdən çəkinmədən sui-istifadə edir.

Sfera.az-a daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq adıçəkilən mobil operatorla bağlı araşdırmalara başladıq.
Araşdırmalarımız zamanı məlum oldu ki, öz müştərilərinin rahatlığının qeydinə qaldığı barədə yayımladığı bütün reklam çarxları elə reklam olaraq qalmaqda davam edir. Şirkət hər dəfə müxtəlif bəhanələrlə çıxış edərək müştərilərinin cibinə girməyi ustalıqla bacarır. Məsələn, abonentlərinə kütləvi olaraq spam mesajlar göndərir. Gün ərzində gələn mesajlar deaktiv olunsa da, dayandırmaq mümkün olmur. Beləliklə, son günlər ölkənin ən iri mobil operatoru, mobil rabitə bazarında faktiki inhisarçı mövqeyə malik olan Azercellə bağlı şikayətlər və narazılıqlar daha da intensivləşib. Bir sözlə, müştərilərinin giley-güzarı bitmək bilmir.

8228-dən gələn bezdirici mesajlar...
8228-dən gələn bezdirici mesajlar naharatçılıq yaradır. Mesajları deaktiv etmək üçün STOP sözünü yazıb 8228-ə nömrəsinə göndərsək də, mesajlar deaktiv olunmur. Yalnız hər dəfə STOP yazıb göndərdiyimiz mesajın müqabilində balansdan 5 qəpik çıxılır. Üstəlik, bütün bu narahatçılıqlar Azercell-in müxtəlif şirkətlərlə müqavilə bağlayıb, əvəzində pul alması, abonentlərinə spam göndərməsinə görə baş verir. Və beləliklə, müştərilərin hüquqlarını kobud şəkildə pozmaqda davam edirlər.

7575-ə göndərilən hər mesaj üçün tutulan 5 qəpik...
Bundan başqa, "Azercell" 7575-ə göndərilən hər mesaj üçün 5 qəpik pul tutur. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır. Bu mesajları bütün abonentlərinə göndərərək, onları aldadaraq külli miqdarda pul qazanır. Yəni məbləğ xırda görünsə də, 4 milyondan çox müştərisindən oğurladığı qəpiklər heç də az pul deyil.

"Azercell"in növbəti biabrıçı fırıldağı... Soyğunçuluğa başlayıb!
Bu fırıldaq isə abunəçinin danışıq vaxtı baş verir. Mobil operatorun növbəti əl atdığı bu üsul, abunəçilərinin danışıq vaxtı xərclədiyi vəsaiti düzgün hesablamamasıdır. Hər dəfə hər danışıqda şirkət abunəçilərdən 5-10 saniyə artıq vaxt tutur. Bu prosesə bəzi abunəçilər fikir verməsə də, əksəriyyəti isə fırıldağın şahidi olub. Məlum olub ki, "Azercell" bütün abunəçilərinə bu metodu tətbiq etməklə gəlirini artırır.
Son olaraq qeyd edək ki, abunəçilərin hesabına qaz vurub qazan dolduran, hazırda ən çox bazar payına və 4 milyondan çox abunəçi sayına malik olan "Azercell” 1996-cı il dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. 1998-ci ildə "Azercell” dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri olub. Ən yüksək tarif haqları olan bu şirkət aldığı pulun müqabilində müştərilərinə göstərdiyi xidmətlər demək olar ki, sıfıra bərabərdir. Və hələ də müştərilərini soymaq siyasətindən əl çəkmir.
P.S Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülnarə Eynullaqızı
Sfera.az