Qarabağ separatçıları yeni başçı axtarır

Qarabağ separatçıları yeni başçı axtarır

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır.

İşğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlüyündə qondarma rejiminin "parlament"i yeni "prezident" seçəcək.

Onun sözlərinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə qondarma rejiminin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin nəticələrini tanımır. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR