Toğrul 52 min dolların badına gedib... YENİ FAKTLAR

Toğrul 52 min dolların badına gedib... YENİ FAKTLAR
Güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovun Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərə görə yığmamızdan imtina edib Türkmənistan millisini seçdiyi haqqında xəbər vermişdik. Federasiyanın Əsgərovun boyun fəqərəsində olan zədənin əməliyyat olunmaması üçün maliyyə ayırmadığını qeyd etmişdik.

"Qafqazinfo” məsələ ilə bağlı yeni detallar əldə edib.

Belə ki, idmançımız boyun fəqərəsində olan zədəni Hindistanda keçirilən klublararası turnirdə alıb. Hər il mütəmadi olaraq təşkil edilən yarışa klublar məşhur idmançıları dəvət edir. Əsgərov adıçəkilən turnirə  "CDR Punjab Royals” klubu ilə qatılır. 65 kq çəki dərəcəsində güləşən idmançımız 15 günlük mübarizəyə görə, 35,00,000 INR (52.150 dollar) alıb. Lakin o, burada ciddi zədələnir. Azərbaycana qayıdan Əsgərov bu zədənin federasiya tərəfindən əməliyyat etdirilməsini gözləyir. 9 ay müddətində qurum güləşçiyə maliyyə ayırmır. Əslində, Əsgərov Hindistanda qatıldığı bu turnirdə şəxsi istəyi ilə güləşib və aldığı zədə də ya onun şərəfini qoruduğu klub tərəfindən, ya da öz şəxsi büdcəsi hesabına həll edilməli idi.

Toğrulun turnirə qatılması Azərbaycan güləş millisinə təkcə bununla zərbə vurmur. Məhz həmin yarışdan sonra Olimpiya mükafatçımızın qanında dopinq aşkarlanır. O, Hindistanda yediyi qidaya görə diskvalifikasiya olunur. Düzdür, Toğrul yarışdan qayıdarkən dopinqə ilişə biləcəyini federasiyaya deyir. Qurum rəsmiləri ona bunu gizlin saxlayıb həll edəcəklərini bildirirlər. Lakin sonradan bu məsələ ortaya çıxır.

Maliyyə problemləri məngənəsində və üst-üstə olan qalmaqallardan sonra Toğrul Əsgərov millimizdən imtina etmək qərarına gəlir. Hazırda Türkiyədə əməliyyatda olan idmançımız yaxın günlərdə Azərbaycana gələcək və AGF ilə danışıqlar masasına oturacaq.

Digər əldə etdiyimiz məlumata görə, Türkmənistan Güləş Federasiyası təkcə Toğrula deyil Hacı Əliyev və Cəbrayıl Həsənova da onların bayrağı altında güləşməyi təklif edib. Baş məşqçi Firdovsi Umudovu da heyətlərində görmək istəyən mərkəzi asiyalıların bu təklifinə Umudov "yox” cavabı verib. O, Hacı və Cəbrayılı da fikrindən döndərə bilib. Lakin Əsgərov getməyi qərara alıb.

Maraqlıdır ki, Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov açıqlamasında məlumatları təkzib edib. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...