Prezidentlər Suriya böhranını müzakirə etdi

Siyasət
21:08 / 30.06.2017
1220
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Trend Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Suriya böhranının tənzimlənməsinin əsas aspektlərini müzakirə ediblər.
Danışıq zamanı prezidentlər Suriyada vəziyyətin nizamlanmasna dair iyulun əvvəlində Astanada keçiriləcək 5-ci beynəlxalq görüşlə bağlı məqamları müzakirə ediblər.