Kremldən Avropaya sərt cavab

Kremldən Avropaya sərt cavab
Rusiya Avropa Şurasına üzvlük haqqını ödəməkdən imtina edib. 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Avropa Birliyinin Rusiyaya qarşı sanksiya qərarının daha 6 ay uzadılmasına qərar verməsi olub.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Şurasının baş katibi Turbern Yaqlandla bu gün baş tutan telefon danışığında məsələ müzakirə olunub. Rusiya XİN-in yaydığı məlumatda bildirilir ki, Lavrov Avropa İttifaqının sanksiya qərarının uzadılmasına Rusiyanın sərt cavab verəcəyini Yaqlandın diqqətinə çatdırıb:

"Rusiya 2017-ci il üçün nəzərdə tutulan üzvlük haqqını ödəməkdən imtina edib. Avropa Şurasının Rusiya ilə bağlı sanksiyası və Moskvanın qurumdakı səlahiyyətlərini məhdudlaşdıran hallar aradan qaldırılmayacağı günə qədər Moskvanın qərarı dəyişməyəcək".

OXŞAR XƏBƏRLƏR