Türkiyədə tarixi an: Ərdoğan 15 iyul gecəsi...

19:00 / 29.06.2017
947
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 15-də, saat 02:32-də Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.
"Xəbərtürk” qəzeti xəbər verir ki, Ərdoğan FETÖ-nun çevriliş cəhdinin birinci ildönümündə TBMM-ə ilk bombanın atıldığı vaxtda - saat 02:32-də vətəndaşlara müraciət edərək, hadisə haqqında danışacaq.
Ərdoğan bundan başqa, 15 iyul Şəhidlər körpüsündə təşkil olunacaq mərasimə də qatılacaq və tədbir canlı yayımlanacaq.
Xatırladaq ki, FETÖ ötən il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmişdi.
Sfera.az