Qondarma rejimin lideri: Məni öldürəcəkdilər...

Dünya
17:47 / 29.06.2017
925
Mənim Moldovaya qaçmağım məcburi atılmış addım idi, ona görə ki, məni sifariş vermişdilər.
Bu sözləri öz Feysbuk səhifəsində qondarma Dnestryanının keçmiş prezidenti Yevgeni Şevçuk söyləyib.
"Mən Moldovaya keçmək qərarını avtomobilimin izlənməsini müşahidə etdikdən sonra vermişəm. Bu avtomobillər "Şerif” təhlükəsizlik şirkətinin əməkdaşlarına məxsus idi. Üstəlik, mənim ölüm sifarişimi "Şerif” holdinqin prezidenti Viktor Quşan verib”, – deyə o bildirib.
Qeyd edək ki, Şevçuk dünən gözlənilmədən Dnetryanıdan Moldovaya qaçıb.
Sfera.az