ABŞ-ın “kimyəvi hücum” iddiasının hədəfi Rusiyadır - Zaxarova

Dünya
16:00 / 29.06.2017
998
Suriyanın yeni kimyəvi hücuma hazırlığı kimi təhrikedici iddia yalnız Dəməşqə deyil, eyni zamanda Rusiyaya qarşıdır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağ Evin Suriya hökumətinin yeni bir kimyəvi hücuma hazırlanması iddiasına cavab olaraq deyib.
"Bu nə yeni, nə də orijinal bir iddiadır. Bu Suriyaya qarşı yeni hərbi müdaxilənin qığılcımları, ABŞ-ın Suriyada tətbiq edəcəyi tipik bir strategiyanın parçasıdır”, - Zaxarova bildirib.
Xatırladaq ki, Ağ Ev sözçüsü Şon Spayser və Pentaqon sözçüsü Adrian Rankin-Qollivay Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını söyləyib.
Sfera.az