Putin türk liderə orden verir

Dünya
15:08 / 29.06.2017
850
Rusiya Prezidenti Vladimir Putin Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovu "Aleksandr Nevski” ordeni ilə təltif edib.
Bu barədə informasiya Rusiya prezidentinin rəsmi saytında yer alıb. Putin Məhəmmədovu Rusiya-Türkmənistan münasibətlərinin gücləndirilməsində gördüyü fəaliyyətlərə görə təltif edib.
Qeyd edək ki, son iki il ərzində Rusiya-Türkmənistan münasibətlərində gərginlik yaşanır. Belə ki, Rusiyanın "Qazprom” şirkəti bir müddət öncə türkmən qazını almaqdan tam imtina edib. Rəsmi Aşqabad isə Moskvanın bu addımın tənqid edib.
Sfera.az