G20 zirvəsində terakt ola bilər - Həyəcan

Dünya
16:33 / 27.06.2017
1261
Terror təhlükəsi son 20 ilə nisbətən xeyli artıb.
Bu sözləri "Avropol” direktoru Rob Vainrayt deyib.
"Təkcə ötən il 718 nəfər cihadçılarla əlaqədə şübhəli bilinərək saxlanılıb. Bu, çox böyük rəqəmdir və bu rəqəm bəzi islamçı toplumların necə radikallaşdığını göstərir. Unutmayaq ki, terror təhlükəsi hələ də davam edir. 7-8 iyul tarixlərində Hamburqda keçirilməsi nəzərdə tutulan "Böyük İyirmilik” zirvəsində terror törədilmə ehtimalı var. Ölkələr terror təhlükəsinə qarşı ciddi tədbirlər görməlidirlər”, - Vainrayt bildirib.
Sfera.az