Zakir Həsənov Fəxri xiyabanda

Gündəm
15:32 / 26.06.2017
1201
İyunun 26-da Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin şəxsi heyəti əvvəlcə Heydər Əliyevin və Zərifə Əliyevanın xatirələri hörmət və ehtiramla yad edib, sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyulub.
Sfera.az