Baş məşqçi: \"İlk qələbəmizi qazanmağa çalışacağıq\"
18:38 / 24.06.2017
2277
Oyunu xeyrimizə dəyişmək üçün bir neçə dəfə imkanımız oldu. Bu, xüsusilə ikinci və üçüncü setlərə təsadüf etdi. Lakin bu şansdan istifadə edə bilmədik.
Bunu Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Gənc mütəxəssis komandasının Avropa Liqasının IV turunda Albaniya ilə oyununu şərh edib. O bildirib ki, bu rəqibə ikinci matçda da uduzmalarında səhvləri rol oynayıb: "Birinci hissədə etdiyimiz səhvlər növbəti hissələrdə əleyhimizə işlədi. Amma bunu unudub, növbəti matçlarda ilk qələbəmizi qazanmağa çalışacağıq".
Qeyd edək ki, albanlar yığmamıza 3:0 (25:16, 25:22, 32:30) hesabı ilə qalib gəliblər. (apa)
Sfera.az