Ərdoğandan həyəcan mesajı — “Bütün dünya məhv olur”

Ərdoğandan həyəcan mesajı — “Bütün dünya məhv olur”
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirdə iştirak edib.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, Ərdoğan tədbirdə çıxış edib. Çıxışı zamanı bir çox məsələlərə toxunan dövlət başçısı dünyada İslam ölkələrinin xüsusi yer tutduğunu deyib. Onun sözlərinə görə, müsəlman ölkələri arasında Türkiyənin xüsusi yeri var.

"Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır. Bizi bu yoldan heç kim döndərə bilməz. Nə terror, nə də onlara dəstək verən güclər Türkiyəni məhv edə bilməyəcəklər. Onlar Türkiyəni zəiflədə, uçuruma apara bilməyəcəklər”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin qeyd edib ki, müsəlman ölkələrindən qaçqın olan insanlara da həmişə dəstək olacaq: "Türkiyədə 3 milyondan artıq suriyalı və iraqlı qaçqın var. Dünya dövlətləri 725 milyon dollarlıq dəstək verib. Türkiyə isə bu işə ümumilikdə 30 milyarda yaxın məbləğdə dollar sərf edib. Başqa ölkələrdən dəstək gəlsə də, gəlməsə də, biz bu işimizi davam etdirəcəyik".

Ərdoğan eyni zamanda bildirib ki, əslində Suriyada baş verənlər insanlıq üçün utancverici haldır: "Həqiqətdə Suriya və suriyalılar deyil, bütün dünya məhv olur. Oradakı haqsızlıqlar dünya ölkələri üçün təhdiddir. Biz bu təhdidin qarşısını alacağıq. Biz çox danışmağa deyil, çox iş görməyə üstünlük veririk”

Çıxışdan sonra Ərdoğan suriyalı qaçqınlarla birgə iftar süfrəsində əyləşib. Ərdoğanın çıxışı suriyalılar üçün ərəb dilinə tərcümə edildi.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...