Putindən Ərdoğana mühüm zəng

Putindən Ərdoğana mühüm zəng

Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək "Türk axını” qaz boru kəmərinin dərin hissəsinin çəkilməsinə başlandığı xəbərini çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

"Başqaları ilə müxtəlif administrativ narazılıqlar səbəbindən illərlə həyata keçirə bilmədiklərimizi, Türkiyə ilə bir neçə aya reallaşdırırıq. 2016-cı ilin payızında kəmərin çəkilişi ilə bağlı razılıq əldə edilməyinə baxmayaraq, üstündən cəmi 7 çox uzun olmayan ay keçdi və artıq işlər başlayıb”, - deyə Putin qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən danışarkən türkiyəli həmkarına bildirib.

Xatırladaq ki, "Türk axını” layihəsinin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR