"Kurtlar Vadisi" yenidən ekranlarda... - TEZLİKLƏ

Sentyabrın 29-da hər kəsin böyük maraqla gözlədiyi "Kurtlar Vadisi Vatan” filmi kinoteatrlarda nümayiş olunacaq.

 

Sfera.az-ın məlumatına görə, Türkiyənin məşhur aktyoru, Polat Alemdar obrazı ilə artıq fenomenə çevrilən Necati Şaşmaz sevənləri ilə yenidən görüşə hazırlaşır. 

 

Məlumata əsasən, filmdə Sinem Uslu, Cahit Kayaoğlu, Erkan Ufak və Nezih Işıtan rol alacaq. "Pana film”in təşkilatçılığı ilə çəkilən "Kurtlar Vadisi Vatan” filminin sujet xətti, 15 iyul çevriliş cəhdinin gecəsi baş verən hadisələr və bu hadisələrin pərdəarxası məqamından bəhs edəcək.

 

Filmin rejissoru Sərdar Akardır.

 

Sfear.az

 


 

OXŞAR XƏBƏRLƏR